RU

Bişkek Beynəlxalq Film Festivalı başlayır

Bişkek Beynəlxalq Film Festivalı ikinci dəfə 2024-cü il, 11-15 iyun tarixlərində Bişkekdə keçiriləcək.

Kulis.az xəbər verir ki, festival Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi və Bişkek Meriyasının dəstəyi ilə təşkil olunur. Festivalda 200-ə yaxın kinorejissorun iştirakı gözlənilir.

Film festivalının proqramına milli filmlərin retrospektiv nümayişi, həmçinin festivala gələn kinorejissorların və mədəniyyət xadimlərinin iştirakı ilə ustad dərsləri, mühazirələr və panel müzakirələri daxildir. Festival çərçivəsində ümumilikdə 30-a yaxın film nümayiş etdiriləcək,

Qeyd edək ki, sözügedən festivalda Azərbaycan Kinematoqrafçılar İttifaqını kinotənqidçi Aygün Aslanlı təmsil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
1
kulis.az

2Источники