RU

“Sahibkar alıcını bayramın qurbanına çevirir” – Qurban baramında qiymətlər necə dəyişəcək?

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bayramla əlaqədar ölkədə ət və ət məhsullarının qiymətində artım müşahidə olunduğu bildirilir. Hesab edilir ki, bu il də bayram ərəfəsində ətin qiyməti artacaq. Bayramda qiymətlərin artması nə ilə əlaqədardır? Bu il də bahalaşma gözlənilir? Bazarda süni qiymət artımı nə dərəcədədir?

“Bayram yaxınlaşdıqca müxtəlif rayon və bölgələrdən Bakıya iri və xırda buynuzlu heyvanlar gətirilir. Hər bayramqabağı olduğu kimi ət məhsullarının qiymətində cüzi də olsa artım müşahidə olunur. Bu il üçün artımın 1 və ya maksimum 2 manat olması gözlənilir.”

Ednews xəbər verir ki, bu fikirləri özəl açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib. Qiymətlərin hər il necə artmasından bəhs edən ekspert, əvvəlcə real qiymət artımının iki əsas səbəbinə diqqət çəkdi:

“Əslində, süni qiymət artımından əlavə, real qiymət artımı üçün bir neçə səbəb var. İlkin səbəb odur ki, məhsullar regionlardan gəlir və daşınma xərcləriylə əlaqədar olaraq qiymətlər artır. Digər önəmli faktor isə odur ki, tələb-təklifə görə qiymət artır. 

İkinci faktor daha çox süni qiymət artımına yola açır. Sahibkar alıcını bir növ, “bayramın qurbanına" çevirir. İslami adətlərə əsasən, necə deyərlər hamının evindən qurban ətinin qoxusu çıxmalıdır. Buna görə də, sahibkar bilir ki, insanlar məcbur qurbanlıq məhsul alacaq. Digər tərəfdən sahibkar da, qəssab da bilir ki, nəinki qurban bayramında, digər bayramlarda da ətə tələbat yüksək olur. Ət bayram süfrələrinin olmazsa olmazıdır.” 

Sahibkarlar isə ət qiymətlərinin bahalaşmasını bu cür əsaslandırır:

“Qiymət artımına əsasən müxtəlif bəhanələr gətirirlər ot və yemin baha olması, örüş sahələrinin azlığı və.s. Sanki, maldarlar üçün Qurban bayramı bir fürsət olub, çünki başqa vaxtlar bu qədər artım edə bilmirlər. Təbii ki, İqtisadiyyat Nazirliyi yanında Antihiinhisar və İstehlakçılar hüquqlarının qorunması siyasəti üzrə dövlət xidməti mütəmadi olaraq bayram ərəfəsində bazara nəzarət edəcək. Qurum tərəfindən hər zaman bayramqabağı monitorinqlər keçirilir.”

Fərid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
ednews.net

1Источники