RU

Yarən leyləyin müalicə olunan balası yenidən yuvasına dönüb

Yarən leyləyin müalicə olunan balası yenidən yuvasına dönüb

Bursanın Kacabəy rayonunda Yarən leyləyin taqətdən düşdüyü üçün yuvasından götürülən balası 2-ci Təbiəti Mühafizə və Milli Parklar Region Müdirliyinin Reabilitasiya Mərkəzində müalicə olunub.Rayondakı Uluabat gölünün sahilində yerləşən Eskikaraağaç məhəlləsində balıqçı Adem Yılmazla dostluq hekayəsi ilə tanınan və köç mövsümündə Avropa Leylək Kəndləri Dərnəyinin üzvü Eskikaraağaça gələn Yarenin 13 yaşı var. Yarən və Nazlı leyləklərin balalarından ikisi yumurtadan çıxan günlərdə ölüb. Digər cücələrdən birinin yuvada taqətdən düşdüyü müşahidə edilib. Bunun üzərinə Karacabey Bələdiyyəsi qrupları tərəfindən bala leylək yuvasından götürülərək 2-ci Təbiəti Mühafizə və Milli Parklar Region Müdirliyinin Reabilitasiya Mərkəzində müalicəsinə başlanılıb.Təbiəti Mühafizə və Milli Parkların 2-ci Region direktoru Hacı Əhməd Çiçək jurnalistlərə açıqlamasında deyib ki, Yarənin balası bu gündən etibarən yenidən yuvasına buraxılıb.Körpə leyləyin susuzluqdan və vitamin çatışmazlığından əziyyət çəkdiyini deyən direktorun sözlərinə görə, ona baytar həkimlərtərəfindən güclü qidalanma və antibiotik müalicəsi aparılıb: "Əvvəlcə körpənin qidalanmasına kömək edilib. Zaman keçdikcə, o qarşısına qoyulan yeməyi yeməyə başlayıb ki, bu da körpənin güclənməsinin əlaməti idi. Hazırda vəziyyəti yaxşıdır. Müşahidə altında saxlayırıq. Onun üzərinə zınqrov taxılıb, onun yardımı ilə hara getdiyin izləmək imkanımız olacaq. Gələcəkdə biz onlara GPRS metodunu tətbiq edəcəyik və onların hansı miqrasiya marşrutunu izlədiklərini görəcəyik".İllərdir Yarən leyləyi bəsləyən və dostluq edən Adem Yılmaz bildirib ki, əvvəl onun 4 balası olub: "4 balası olanda sevindik. Hava şəraitinə görə 2 balamızı itirdik. Üçüncü bala bir həftə sonra xəstələndi. Müalicə üçün göndərdik və müalicədən sonra bu gün yuvamıza qayıdıb çox sevindik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
106
afn.az

1Источники