RU

Şengen vizası üçün tariflərin artırılması bu gündən etibarən başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Şengen vizası üçün tariflərin artırılması qaydası bu gündən etibarən tətbiq olunmağa başlayıb.

Banco.az xəbər verir ki, yeni qaydaya əsasən, Şengen vizası rüsumları 12 faiz artaraq 90 avroya çatıb.

6-12 yaşlı uşaqlar üçün isə viza rüsumu 40 avrodan 45 avroya yüksəldilib.

Bununla yanaşı, Aİ-də qeyri-müntəzəm qalan vətəndaşlarının readmissiyası ilə bağlı əməkdaşlıq etməyən ölkələrin vətəndaşları 135 və ya 180 avro viza rüsumu ödəyəcəklər.

Şengen vizasının müddətinin uzadılması rüsumu isə 30 avro səviyyəsində sabit qalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
banco.az

1Источники