RU

İran prezidentinin helikopter qəzası ilə bağlı cinayət işi açıldı 

Bu gün İranın Ədliyyə-Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangiri İran prezidenti İbrahim Rəisini və bir sıra hökumət rəsmilərini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işinin açıldığını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı mətbuat konfransında deyib:
“Prezident İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı İran Silahlı Qüvvələrinin Məhkəmə Təşkilatı tərəfindən cinayət işi başlanılıb. Aidiyyəti orqanlar sübutlar toplayır və yekun hesabatlar hazırlayır. İstintaq başa çataraq Məhkəmə Sisteminə təqdim edilən kimi cinayət işi bütün detalları ilə araşdırılacaq və ictimaiyyətə lazımi məlumatlar veriləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
veteninfo.az

1Источники