RU

Piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Tağı Nurəddin oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Nigar İmanovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən supermarketlərdən birinin qarşısında qeydə alınıb. Belə ki, Tağı Nurəddin oğlu idarə etdiyi KIA markalı avtomobillə yolu keçən 1963-cü il təvəllüdlü Yeganə Məmmədhəsənovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-i maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
90
e-huquq.az

1Источники