RU

Rəsmi Bakı Lefkoşa ilə bağlı ciddi strateji addımlar atacaq -ŞOK DETALLAR

Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) münasibətləri, rəsmi olaraq diplomatik əlaqələr qurulmasa da, dostluq və əməkdaşlıq ruhunda inkişaf edir. Azərbaycan və ŞKTC arasındakı münasibətlərin əsasını Türkiyə ilə olan sıx strateji tərəfdaşlıq təşkil edir. Azərbaycan Türkiyənin ən yaxın müttəfiqi və qardaş ölkəsidir və bu çərçivədə ŞKTC ilə də dostluq əlaqələri saxlanılır. Tərəflər arasında qeyri-rəsmi səviyyədə əlaqələr mövcud olsa da, hazırda Azərbaycan rəsmi olaraq ŞKTC-ni tanımayıb. Lakin,  Azərbaycan bu məsələdə beynəlxalq hüquq və BMT prinsiplərini nəzərə alır.

Qeyd edək ki, 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk "Sherg.az"a açıqlamasında bildirib ki, bir dövlətin tanınması beynəlxalq hüquqla tənzimlənir:

"Beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü olmaq əsas şərtdir. Düzdür qardaş Türkiyə Şimali Kipr Türk Respublikasını tanıyıb və orada səfirliyi fəaliyyət göstərir. Şimali Kipr tanınmasa da özünü bir dövlət kimi təsdiqləyib. Ancaq görünən odur ki, Türk dövlətləri qarşıda Şimali Kiprin müstəqilliyinin tanıdılması və əlaqələrin genişləndirilməsi yolunda önəmli addımlar ata bilər. Cənab Prezident İlham Əliyev bu günlərdə prinsipial açıqlama verdi. İlham Əliyevin Şimali Kipr Türk Respublikası ilə bağlı önəmli açıqlamalarından belə nəticəyə gəlmək olar ki, qarşıda rəsmi Bakı Lefkoşa ilə bağlı ciddi strateji addımlar atacaq. Azərbaycan həmişə Şimali Kiprlə əlaqələrin inkişafına xüsusi önəm verib. Müstəqilliyini tanımasa da, təhsil, iqtisadi və digər sahələrin inkişafını diqqətdə saxlayıb. Bu səbəbdən Azərbaycanın buradakı addımının digər qardaş Türk dövlətlərini hərəkətə gətirəcəyi qənaətindəyəm".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
100
sherg.az

1Источники