RU

26 yaşlı qız itkin düşdü

Lerik rayonunda anadan olmuş, hazırda Binə qəsəbəsi sakini olan 1998-ci il təvəllüdlü İlahə Muxtarova itkin düşüb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, iyunun 7-də saat  05:45 radələrində yaşadığı Südçülük sovxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.

Muxtarovanın əlamətləri bunlardır: Boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngindədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.

 


Telegram kanalımız
Избранный
92
7
yenisabah.az

4Источники