RU

Yeni tədris ilindən tələbə təqaüdləri ARTIRILA BİLƏRMİ?VİDEO

Son illər ərzində ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının, daşınmaz əmlak bazarında və nəqliyyatda qiymətlərin  artması fonunda,  ərzaqdan,   ictimai nəqliyyatdan istifadə edən, bəzi hallarda kirayədə qalmaq məcburiyyətində olan tələbələrin aldıqları  təqaüdlərinin nəyə yaradığı sualı ortaya çıxır. Yada salaq ki, bu gün  təqaüdlərin məbləği 100 manatdan 175 manat arasındadır. 

Bu, orta statistik tələbəyə bəs edirmi?

Tələbə təqaüdlərinin məbləğinin artırılmasının zərurliyini təhsil ekspertləri də vurğulayırlar. Onlar hesab edirlər ki, bugünki qiymətləri nəzərə almaqla, tələbələrin aylıq təqaüdləri ən azı 2 dəfə artırılmalıdır.

Təhsil eksperti Kamran Əsədov dünya ölkələrində bu mövzuda yanaşmaların müxtəlif olduğunu qeyd edib.

Onun sözlərinə görə, bəzi ölkələrdə 700-800 manata qədər təqaüd alanlar var.

Daha ətraflı videomaterialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
1
xezerxeber.az

2Источники