RU

Düşüncəmiz yanlışdırsa, davranışımız da yanlış olur" - PSİXOLOQ İZAH ETDİ

"Davranış insanın xarakterini və psixi vəziyyətini ortaya çıxaran bir vasitədir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bidirib ki, davranış hər zaman bizdən asılı olmaya bilir: "Bəzən biz uşaqlarda da davranış pozuntularını görə bilərik. Bu, bəzən emosional, öz emosiyalarını idarə edə bilməyən uşaqlarda daha çox özünü göstərir. Ümumiyyətlə, davranışın əsas yanları odur ki, insan daha çox düşünür və hərəkət edir. Əgər bizim düşüncəmiz yanlışdırsa, davranışımız da yanlış olur. Burada hissin, emosiyanın da təsiri böyükdür. Əlbəttə ki, hisslərlə biz ani davranış göstəririk. Amma məntiqlə daha çox düşünərək və daha düzgün addım ata bilirik. Hər zaman davranışımızın doğru qarşılanacağı da yanlışdır. Bəzən qarşı tərəfdən doğru qarşılanmaya bilir. Amma bu qarşı tərəfin analiz qabiliyyətinə əsaslanır.

Bəzən insanlar davranışı özləri istədikləri kimi qəbul edirlər. Bəzən əsası olmadan da davranış edərkən belə bunu insanlar yaxşı qarşılaya bilirlər. Ona görə də bu davranışın insanın özü üçün yanlış olmadığını təsdiq etmək vacibdir. Biz hansı hərəkəti ediriksə, mütləq əvvəlcə hisslərimizi dinləyirik, sonra düşünür, sonra da davranırıq. O zaman davranışımız yanlış görünmür. Həmçinin də özümüz də sonra peşman olmuruq".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
sia.az

1Источники