"Araz Naxçıvan"ın sabiq məşqçisi Xaqani Məmmədov futboldan ömürlük uzaqlaşdırıla bilər.
Publika.az xəbər verir ki, bu barədə "Futbol+" qəzeti məlumat yayıb.
Bildirlir ki, 48 yaşlı mütəxəssisin qeyri-leqal bukmeker kontorlarında mərc etməsinə dair şübhələr var. UEFA-nın bu məsələ ilə bağlı araşdırma aparılması üçün AFFA-ya tapşırıq verdiyi bildirilir.
Məmmədovun özü isə məsələ barədə fikir bildirməkdən imtina edib.