RU

“Ukraynada müharibənin nə vaxt bitəcəyini heç kim deyə bilməz”- ŞOLTS

Dünyada heç kim Rusiya ilə Ukrayna arasında münaqişənin nə vaxt bitəcəyini deyə bilməz.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Ukraynanın bərpasına dair beynəlxalq konfransda bildirib.

Bununla belə, o qeyd edib ki, bu müharibə mütləq bitəcək.

“Bu gün heç birimiz müharibənin nə vaxt bitəcəyini deyə bilmərik. Ancaq bunu deyə bilərik: bu, bitəcək”, – kansler bildirib.

O, həmçinin müttəfiqləri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün mümkün olan hər şeyi etməyə çağırıb. Kansler bir daha Kiyevə lazım olduğu qədər kömək edəcəyinə söz verdi.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
azpost.info

1Источники