RU

Cari ildə Naxçıvanda 4 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

Cari

Naxçıvan, 11 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 3958 mülkiyyət hüququnu qeydiyyata alaraq, çıxarışla təmin edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu göstəricinin 1358-i və yaxud 34,3 faizi ilkin, 2600-ü və yaxud 65,7 faizi isə təkrar qeydiyyatın payına düşüb.

Cari ilin ilk 5 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1427-si fərdi yaşayış və bağ evi, 701-i mənzil, 1581-i torpaq sahəsi, 65-i qeyri-yaşayış binası, 170-i qeyri-yaşayış sahəsi, 13-ü əmlak kompleksidir.

Избранный
121
8
azertag.az

9Источники