RU

“İşləri tamamlamışıq, sərhədi açmağa hazırıq” - Rubinyan

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara körpüsü artıq təmir olunub və hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

“Söhbət 2022-ci ilin iyulunda əldə edilmiş razılaşmadan gedir, buna görə, Ermənistanla Türkiyə arasında quru sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün açılmalıdır. Ermənistan tərəfində biz bütün infrastruktur işlərini başa çatdırmışıq və keçid məntəqəsi istismara hazırdır.

Türkiyə tərəfdən bu razılaşmanın həyata keçirilməsi istiqamətində heç bir addım görməmişik, amma ümid edirik ki, bu addımlar atılacaq”, - xüsusi nümayəndə bildirib.

Türkiyə ilə dialoqa gəlincə, Ruben Rubinyan qeyd edib:

“Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında sonuncu görüş fevralın sonunda Antalyada baş tutub. Eyni şəhərdə mən də Türkiyə təmsilçisi ilə görüşdüm. Uzun müddətdir rəsmi görüş yoxdur, amma Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün baş tutacağına dair razılaşmamız var, tarix və yerlə bağlı hələlik heç bir anlaşma yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
teleqraf.com

1Источники