RU

Təyyarə sərnişinlərinə buna görə təzminat veriləcək – Sinqapurda

Sinqapur Hava Yolları keçən ay London-Sinqapur reysində yaşanan şiddətli turbulentə görə bütün sərnişinlərdən üzr istəyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hava yolları turbulentlik nəticəsində yaralanan sərnişinlərin hər birinə 10 min dollar təzminat ödəməyi təklif edib və ağır yaralanan və müalicəyə ehtiyacı olan sərnişinlərin təcili ehtiyaclarını qarşılamaq üçün 25 min dollar avans ödəməyə hazır olduğunu bildirib. Sinqapur Hava Yolları qeyd edib ki, bütün sərnişinlərə uçuş haqları geri qaytarılacaq.

Qeyd edək ki, İngiltərənin paytaxtı Londondan Sinqapura uçan Sinqapur Hava Yollarına məxsus “SQ321” reysi ciddi təlatümlə üzləşib.

Turbulentlik səbəbindən infarkt keçirən 73 yaşlı sərnişini kabin heyətinin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Təxminən 3 dəqiqə ərzində qəfildən 6 min fut (təxminən 2 min metr) aşağı enən təyyarə Banqkokdakı Suvarnabhumi Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
92
konkret.az

1Источники