RU

Kloze Almaniya klubunun baş məşqçisi təyin olundu

Almaniya milli komandasının sabiq hücumçusu Miroslav Kloze ölkəsində baş məşqçi kimi fəaliyyət göstərəcək.

Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis "Nürnberq"i çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Alman məşqçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Miroslav Kloze daha əvvəl "Bavariya"da köməkçi məşqçi, Avstriyanın "Altax" klubunda isə baş məşqçi kimi çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
1
sportal.az

2Источники