RU

Ruslan Voronsov: “Arxayınlıq başımıza bəla ola bilər”

I Liqada pley-offun ilk görüşündə  "Cəbrayıl" - "Araz Saatlı" (2:0) matçından sonra meydan sahiblərinin hücumçusu Ruslan Voronsov Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.
- Qalib gəldiyiniz oyunla bağlı fikirlərini bilmək istərdik... - Çox ağır oyun alındı. Rəqib çox aqressiv və təhlükəli komandadı. Onlar bizi daim təzyiq altında saxlayırdı. Amma şükürlər olsun ki, bizə lazım olan qolları vurub cavab qarşılaşmasına yaxşı nəticəylə yollanacağıq.
 
- Çoxları cütün taleyinin artıq həll olunduğunu deyir. Sən necə düşünürsən? - Qətiyyət razı deyiləm. Bu gün hamı rəqibin gücünü gördü. Qələbə qazansaq da, bizi daha çətin cavab qarşılaşması gözləyir. Görüşün səfərdə keçirildiyini nəzərə alsaq, Saatlı təmsilçisi "12-ci oyunçu" amilinə görə üstün olacaq və yenilginin əvəzini çıxmaq üçün maksimum səy göstərəcək. Arxayınlıq başımıza bəla ola bilər. Ehtiyatlı olmalıyıq.  
 
- "Cəbrayıl" I Liqaya vəsiqəni təmin etsə, komandada qalmağı düşünürsən? - Burda qalıb, Cavid müəllim rəhbərliyi altlnda futbol oynamağı çox istəyirəm. Amma mənim istəyim azdı. Baş məşqçinin qərarından çox şey asılı olacaq.
 
- Mövsümə I Liqada çıxış edən "Karvan"da başladın, amma mövsümü II Liqa təmsilçisində bitirdin. Yenə həmin ssenari təkrar olunmayacaq? - (gülür) Ümid edirəm ki, olmaz. "Karvan"dan "Cəbrayıl"a keçməyimə peşman deyiləm. Burda Cavid müəllimin rəhbərliyi altında üzərimdə daha çox işlədim, artırdım.
 
- Cavid Hüseynovu məşqçi kimi necə xarakterizə edərdin? - Cavid müəllim həm savadına, həm xarakterinə, həm də işə yanaşmasına görə fərqlənir. Özü böyük futbol oynayıb deyə, əlinin altında olan oyunçuları qoruyur, onlara xüsusi qayğı göstərir. Qısası, karyeram ərzində birgə çalışdığım baş məşqçilər arasında hələlik ən yaxşısı Cavid Hüseynovdu.
 
Abdulla İsmayıloğlu

Избранный
110
sport24.az

1Источники