RU

“Azərbaycanda 611 min uşaq “uşaq pulu” alır? - AÇIQLAMA

“Uşaq pulu tez-tez müzakirə olunan məsələlərdən biridir. Bu məsələ parlamentdə müzakirə edilir. Maarifləndirmək məqsədilə mən bu məlumatları deməliyəm. Çünki siz indi vətəndaşlardan uşaqlara pul verilməsiylə bağlı soruşsanız, onlar deyəcək ki, Azərbaycanda uşaq pulu verilmir. Rəsmi göstəricilər, faktlar isə bunun əksini deyir. Ölkə üzrə 611 min uşaq, “uşaq pulu” alır. Bu hələ 2023-cü ilin nəticəsidir”.

Bunu News365.az-a açıqlamasında millət  vəkili Elman Nəsirov deyib.

O qeyd edib ki, burada söhbət 650 milyon manat vəsaitdən gedir:

“50 min uşaq əlilliyə, 166 min uşaq ailə başçısını və ya valideynlərini itirdiyinə, 160 min uşaq ünvanlı sosial yardıma görə vəsait alır. Şəhid ailələri, qazilərimiz, müddətli hərbi xidmətçilər,  beşdən çox uşağı olanlar, hansıki onlar 35-40 min civarında rəqəmi əhatə edir. Ümumilikdə isə 611 min uşaq dövlətdən vəsait alır. Ümidimiz isə bu yardım dairəsinin dahada genişlənməsinədir. Bu sadəcə insanları maarifləndirmək üçün statistika və faktlar əsasında olan məlumatlardır, çünki əhaliyə uşaq puluyla bağlı sual verilsə, onlar əminliklə yox deyəcək”. 

Millət vəkili əlavə edib ki, bu məsələnin aktuallığını itirdiyi mənasına gəlmir:

“Əksinə dediyim kimi, parlamentdə bununla bağlı müzakirələr gedir və mən özümdə bu barədə öz təklifimi irəli sürmüşəm. Ölkə ərazisində 18 yaşına çatmamış nə qədər uşaq olduğu, büdcə imkanlarımız, hansı yaş kateqoriyasına aid etmək olar bu yardımı və s. Bunlar araşdırılmalıdır. Elmi araşdırmalar ortaya yaxşı nəticələr çıxaracaq”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
news365.az

1Источники