RU

Avro 2024-ün ən bahalı milli komandaları açıqlandı – Siyahı


Avro 2024-də mübarizə aparacaq ən bahalı milli komandaların adları açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, “Transfermarkt” portalı bununla bağlı Avro 2024-ün reytinqini təqdim edib.
Reytinqə görə siyahıda ilk yerdə 26 oyunçusunun ümumi bazar dəyəri 1,52 milyard avro olan İngiltərə milli komandası qərarlaşıb.
Qaret Sautqeytin ixtiyarında qiyməti 100 milyon avro və ya daha yüksək olan beş oyunçu var - Harri Keyn, Deklan Rays, Bukayo Saka, Fil Foden və Bellinqhem.
Siyahıda 1,23 milyard avro ilə ikinci olan Fransa millisində isə Mbappe 180 milyon avro ilə ən dəyərli oyunçudur. Mbappedən sonra Fransa millisində 100 milyon avro və ya daha yüksək qiymətləndirilən daha iki oyunçu var – Orelyen Tşuameni və Eduardo Kamavinqa.
Siyahıda 1,05 milyard avro ilə üçüncü olan Portuqaliya millisində isə 100 milyon avro və ya daha yüksək qiymətləndirilən oyunçu olmasa da, Ruben Dias, Bruno Fernandes və Bernardo Silva transfer məbləği yüksək qiymətləndirilən oyunçulardır.
Siyahını təqdim edirik:
1. İngiltərə - 1,52 milyard avro;
2. Fransa - 1,23 milyard avro;
3. Portuqaliya - 1,05 milyard avro;
4. İspaniya - 966 milyon avro;
5. Almaniya - 851 milyon avro;
6. Niderland - 845 milyon avro;
7. İtaliya - 706 milyon avro;
8. Belçika - 585 milyon avro;
9. Daniya - 416 milyon avro;
10. Ukrayna - 379 milyon avro.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
94
yeniavaz.com

1Источники