RU

Qəhvəni ancaq bu saatda için

Qəhvə içmək üçün ən yaxşı vaxt saat 7:00-da oyandığınızı nəzərə alsaq səhr saat 10:00-dır.

Bu tonik içkini çox erkən istehlak etmək səhər saatlarında kortizol hormonunun təbii olaraq yüksəlmiş səviyyəsini daha da artıra və bədənə zərər verə bilər. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “Daily Mail”-ə Britaniyanın “Dr Fox Pharmacy” onlayn klinikasından doktor Debora Li məlumat verib.

Həkim izah edib ki, yuxudan oyandıqdan sonra ilk 45 dəqiqə ərzində orqanizmdə kortizol səviyyəsi pik həddə çatır. Bu hormon ayıqlığı və konsentrasiyanı artırır, həmçinin maddələr mübadiləsini və immunitet sistemini tənzimləyir.

Qəhvə kortizol səviyyəsini yüksəltmək qabiliyyətinə malikdir. 

Linin fikrincə, səhər saatlarında içkinin həddindən artıq tonik təsiri xeyirdən çox zərər verə bilər. O, sağlamlığın pisləşməsinə, taxikardiyaya səbəb olur və narahatlıq səviyyəsini artırır. Bu səbəbdən kofeni saat 10:00-da və ya gecə yatmağınızdan ən az 45 dəqiqə əvvəl içməlisiniz. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
116
cebheinfo.az

1Источники