RU

Bakı DYPİ «Təmiz hava» aylığı ilə bağlı maarifləndirmə tədbirləri keçirir- FOTO - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları «Təmiz hava» aylığı ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.  

Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirin əsas məqsədi atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.

Tədbir zamanı saxlanılan sürücülərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etmək tövsiyə olunub.

Avtosferə buraxılan zərərli qazlarının  iqdarı normadan artıq olan avtomobillərin sürücüləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsili Avtosfer.az-a bildirib ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Orxan

 

FOTO QALEREYA
Избранный
104
avtosfer.az

1Источники