RU

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Yayımlandı: 11 İyun 2024 11:45 “Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər” Azərbaycan məscidlərində iyunun 16-da Qurban bayramı namazı qılınacaq. Bu barədə iyunun 11-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında qeyd olunub. Bildirilib ki, Qurbаn bаyrаmı iyunun 16-na təsadüf edəcək: “Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər”. Həmçinin vurğulanıb ki, Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli  məktubuna əsasən, Azərbаycаn üfüqündə ayın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı “Zilhiccə” ayının 10-na – miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcək. Meydan TV

Избранный
139
xural.com

1Источники