Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Laqardın sözlərinə görə, iyun ayında faiz endirimləri gözlənilmir:

“Müvafiq qərar verdik, lakin bu, uçot dərəcələrinin enişdə olduğu anlamına gəlmir. Uçot dərəcələrini yenidən sabit saxlayacağımız dövrlər ola bilər”.