RU

Dünyanın ən qədim kitabları satışa çıxarılır: Dəyəri 3,8 milyon dollardır

Dünyanın ən qədim kitabları satışa çıxarılır: Dəyəri 3,8 milyon dollardır

Özəl

 12:47 11.06.2024

  

 200

Dünyanın ən qədim dini kitablarından biri olan “Crosby-Schoyen Codex” Londonda hərraca çıxarılır.

Demedia.az xəbər verir ki,  Misirdən gələn bu qədim əlyazma kitabı xristianlığın ən qədim dini kitabıdır.

1700 il əvvələ aid olan əsər qədim Misirdə istifadə edilən kopt dilində beş erkən xristian mətnini ehtiva edir.

Bunlar arasında Müqəddəs Kitabın məlum olan ən qədim mətnləri, Yunus Kitabı və Peterin Birinci Məktubu var.

Artıq bütöv olmayan tarixi əlyazmanın qiymətinin 3 milyon funt-sterlinqə (3,8 milyon dollar) qədər ola biləcəyi təxmin edilir. 40 il ərzində yazılmış və Qədim Misirdə geniş istifadə olunan papirus vərəqlərindən ibarət kitabda cəmi 104 səhifə əlyazma mətni var.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
demedia.az

1Источники