RU

Əfqanıstanın Bamiyan şəhərində qadınlar üçün ticarət bazarı açılıb

Bakı, 11 iyun, AZƏRTAC

Əfqanıstanın mərkəzi Bamiyan əyalətində qadınların bizneslərini idarə etmələri üçün ticarət bazarı açılıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Bamiyan şəhərinin Ailə Parkı bölgəsində açılan bazar qadınların 18 mağazada məhsullarını satmasına şərait yaradıb.

Yerli media bildirib ki, bazarda qadınlar öz məhsullarını, o cümlədən əl işlərini, miniatür sənəti, xalçalar və digər sənətkarlıq nümunələrini sərgiləyə bilərlər.

Qeyd edək ki, Əfqanıstanın bir sıra əyalətlərində, o cümlədən Herat, Bəlx, Bədəxşan və paytaxt Kabildə qadınlar üçün ticarət bazarları açılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
1
azertag.az

2Источники