RU

Bu gün Ərdoğan-Özəl görüşür: Prezident Ərdoğan 18 ildən sonra CHP-yə kedəcək

 Prezident Rəcəb Tayyib Ərdoğan və CHP sədri Özgür Özəl bu gün CHP qərargahında görüşəcək. Özəli AK Partiya Ümumi Qərargahında qəbul edən prezident 18 ildən sonra cavab səfəri üçün CHP-də olacaq. İki liderin görüşündə əsas gündəm maddələrinin yeni konstitusiya və iqtisadiyyatdakı inkişaflar olacağı gözlənilir.

Sherg.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan 18 ildən sonra CHP Ümumi Mərkəzinə gedir. Ərdoğan və CHP sədri Özgür Özəl qırx gün ərzində ikinci dəfə görüşür. İclasın saat 16.00-da başlaması gözlənilir.

İlk görüş mayın 2-də AK Partiya Ümumi Qərargahında baş tutub və bir saat 35 dəqiqə davam edib. Bu dəfəki ünvan CHP Ümumi Qərargahıdır.
Prezident Ərdoğan sonuncu dəfə 2006-cı ildə CHP Ümumi Mərkəzinə gedib və o vaxtkı başqan Dəniz Baykalı ofisində ziyarət edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
sherg.az

1Источники