RU

Təhsil sahəsində qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Elm və Təhsil NazirliyininQuba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmişHacıyev Rüfət Malik oğlunun qanunsuz əməlləri barədə daxil olmuşməlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı MübarizəBaş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuatxidmətinin məlumatında deyilir.

Bildirilib ki, istintaqla Rüfət Hacıyevin müvafiq olaraq2017-2022-ci illərdə Quba rayon Təhsil şöbəsi (hazırda ləğvolunmuş) və 2022-2023-cü illərdə Quba-Xaçmaz Regional Təhsilİdarəsinin müdiri vəzifəsində işləyərkən əmək müqaviləsininmüddətinin uzadılması, orta məktəb direktoru vəzifəsinə təyinedilməsi, təhsil müəssisələrində yoxlamaların keçirilməməsi, xidmətüzrə ümumi himayədarlıq göstərilməsi və digər qanunsuz məqsədlərləayrı-ayrı şəxslərdən ümumilikdə 65 min manatdan artıq pul vəsaitinişəxsən almasına, habelə 20 min manat məbləğində pulun HesablamaPalatasının Sosial sahələrin auditi şöbəsinin Təhsil sahələrininauditi sektorunun müdiri vəzifəsində işləmiş İntiqam Hacıyevtərəfindən rüşvət qismində alınmasına vasitəçilik etməsinə, eynizamanda qanunsuz yolla əldə etdiyi 175 min manatdan artıq pulvəsaitini yaxınlarının adlarından müxtəlif maliyyə əməliyyatlarıkeçirməklə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Hacıyevə Cinayət Məcəlləsinin193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakıleqallaşdırma), 308.2, 32.5, 308.2 (ağır nəticələrə səbəb olanvəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayət əməlinintörədilməsinə köməklik etmə), 311.3.2 və 311.3.3-cü (rüşvət almatəkrar və külli miqdarda törədildikdə) maddələri ilə yekun ittihamelan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmayaprosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasındaməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İntiqam Hacıyevə isə Cinayət Məcəlləsinin 308.2 (vəzifəsəlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elanedilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmayaprosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasındaməhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt AğırCinayətlər Məhkəməsinə göndərilib.

Избранный
120
44
az.trend.az

10Источники