RU

Hərbi Prokurorluqdan itkin düşmüş hərbçinin ölümü ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu,əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölüm faktı əsasında Naxçıvanhərbi prokurorluğunun və Azərbaycan Respublikası HərbiProkurorluğunun Kriminalistika və İnformasiya Texnologiyalarıidarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxışkeçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimigötürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icraedilib.

Bu barədə Trend-ə Hərbi Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, fakt üzrə Naxçıvan hərbi prokurorluğundaAzərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi iləcinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalartəyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaqhərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinəuyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüşAzərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiqoğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan MuxtarRespublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsiistiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
49
az.trend.az

10Источники