Təyyarə qəzasında vitse-prezidentlə bərabər 9 nəfər həlak olub
İranda ölkə prezidenti Rəisinin vertolyot qəzasında ölməsinin ardınca daha bir analoji qəza baş verib. Belə ki, içərisində Malavinin vitse-prezidenti Saulos Çilimadan əlavə 9 nəfərin də olduğu təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəkilərin hamısı ölüb.
Qeyd edək ki, dünən vitse-prezidentin içində olduğu təyyarə radarlardan itmişdi.
Axtarış xilasetmə əməliyyatları zamanı təyyarənin qəzaya uğraması faktı təsdiqlənib.
Oxuməni.az