RU

Dövlət Miqrasiya Xidmətinin rəisi: COP29 iştirakçılarına səfərin sadələşdirilməsi üçün tədbirlər görülür

İnformasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə COP29 iştirakçılarının səfərini asanlaşdırmaq üçün tədbirlər görülür.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Bakıda keçirilən Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.

“Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi baxımından xarici qonaqların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan COP29-a sədrliyi BƏƏ-dən götürüb. BƏƏ COP28-ə ev sahibliyi edən ölkə kimi miqrasiyanın idarə edilməsi sahəsində təcrübələrini yeniləyib. Bu təcrübəyə əsaslanaraq və informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə COP29-da iştirak edənlərin ölkəyə səfərini asanlaşdırmaq məqsədilə müvafiq tədbirlər görülür”, - o vurğulayıb.

Xatırladaq ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də BBƏ-nin Dubay şəhərində keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
1
ikisahil.az

2Источники