RU

Ukraynada alman hərbi texniklarının təmirini həyata keçirəcək emalatxana fəaliyyətə başlayıb

Almaniyanın “Rheinmetall” şirkəti və Ukrayna Müdafiə Sənayesi ASC-nin birgə müəssisəsi olan “Rheinmetall Ukrainian Defense Industry”nin (“Rheinmetall UDI”) daxilində zirehli texnikaların təmiri və istehsalını yerinə yetirəcək ilk emalatxana öz fəaliyyətinə başlayıb.

Bu barədə “Poliqon” Ukrayna Müdafiə Sənayesi ASC-nin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, yeni müəssisənin əsas məqsədi alman hərbi texniklarının təmir və istehsalını həyata keçirməkdir. Bu, döyüş maşınlarının bərpasını və onların yenidən cəbhə xəttinə qayıtmasını sürətləndirəcək, daha sonra isə ukraynalı mütəxəssislər tərəfindən ölkənin Silahlı Qüvvələri üçün yeni texnikaların istehsalına imkan verəcək.

Qeyd olunub ki, birgə müəssisənin istehsalat sahəsində ukraynalı mütəxəssislər çalışır, “Rheinmetall” şirkətinin nümayəndələri isə texniki nəzarəti həyata keçirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
106
1
poliqon.az

2Источники