RU

Sautqeyt: “Dünyanın ən yaxşı 5 komandası arasındayıq”

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt komandasının 2024-cü il Avropa çempionatını qazanmaq şanslarından danışıb.



Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis milli komandanın 5-6 ildir ki, sabit futbol nümayiş etdirdiyini bildirib:



“İngiltərə yığması 5-6 ildir ki, sabit futbol nümayiş etdirir. Biz dünyanın ən yaxşı beş komandası arasındayıq, çünki müntəzəm olaraq yaxşı nəticələr göstəririk. Bu komanda Avropa çempionu titulunun bir addımlığında idi. Biz bilirik ki, hər şeyə qadirik”.



Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə yığması C qrupunda yer alıb və onun rəqibləri Danimarka, Sloveniya və Serbiya milliləri olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərİngiltərə Qaret Sautqeyt

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
komanda.az

1Источники