RU

COP29 tədbirindən əvvəl quru sərhədlər açıla bilər? – Fazil Mustafadan AÇIQLAMA

“Sərhədlərin açılmaması bilavasitə təhlükəsizlik məsələləri ilə bağlıdır. Hökumətin əlində əsaslar var ki, indiyə qədər bu prosesi davam etdirirlər”.

Bu sözləri Ednews-a açıqlamasında deputat Fazil Mustafa COP29 tədbirindən əvvəl quru sərhədlərin açılmağı ilə bağlı mövzuda danışarkən deyib. Onun sözlərinə görə, quru sərhədlərin açılması COP29-la bağlı deyil: 

“Daha çox təyyarə vasitəsilə ayrı-ayrı ölkələrdən Bakıya qonaqlar gələcək. Ona görə də bu sırf başqa motivlərlə bağlı bir məsələdir. Çünki indiki şərtlərdə ən azı təhlükəsizlik baxımından, həm də bütövlükdə virus yayılması baxımından məqəsədəuyğun olmadığını Operativ Qərargah da bildirib. Yəqin ki, hansısa ciddi mülahizələri var. O baxımdan bunun COP29-la əlaqələndirilməsi doğru deyil”.

Oğuz 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
ednews.net

1Источники