RU

Əməkdar rəssam Mahmud Tağıyevin doğum günüdür

 

Bu gün Azərbaycan rəngkarı, Azərbaycan SSR əməkdar rəssamı Mahmud Tağıyevin doğum günüdür.

Missiya.Az xatırladır ki, o, 11 iyun 1923-cü ildə Bakıda anadan olub. 

1941-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 

1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.  

Rəssamın yaradıcılığına "Əriklər" (1969), "Əncirlər" (1974), "Eyvan" (1987), "Natürmort", "Yaz gülləri" (1993), "Lalələr", "Almalar" (1993), "Məcnun", "Leyli", "Güldanda güllər", "Dağlarda bahar", "Bakı", "Neft emal zavodunun işıqları", "Avarçəkən", "Yuxu", "Çılpaq", "Dədə Qorqud", "Səməd Vurğun", "Yeddi gözəl" və başqa əsərlər daxildir.

Mahmud Tağıyev 1968-ci ildə “Azərbaycanın Əməkdar rəssamı” fəxri adına layiq görülüb. 1993-cü ildə Bakıda fərdi sərgisi təşkil olunub. 1996-cı ildə BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Bakıda keçirilən “Müasir Azərbaycan incəsənəti” rəssamlıq müsabiqəsinin 3-cü mükafatına layiq görülüb.

Rəssam 2001-ci il noyabrın 21-də Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin.

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
missiya.az

1Источники