RU

İnvestisiya şirkətlərinə qarşı minimal kapital tələblərinin artırılacağı gözlənilir

Azərbayan Mərkəzi Bankının investisiya şirkətlərinə qarşı minimal kapital tələblərinə yenidən baxacağı gözlənilir. 

Marja.az xəbər verir ki, bunu  keçirilən mətbuat konfransında "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev bildirib.

Hazırda əsas investisiya xidmətlərin göstərilməsi üçün investisiya şirkətinin (A kateqoriya) nizamnamə kapitalının minimum məbləği azı 300 min manat həcmində, yardımçı investisiya xidmətlərinin göstərilməsi üçün investisiya şirkətinin (B kateqoriya) nizamnamə kapitalının minimum məbləği azı 75 min manat həcmində olmalıdır.

Şirkətin sədri qeyd edib ki, Şirkətin yeni Strategiyasında "PAŞA Kapital"ın nizamnamə kapitalının artırılması nəzərdə tutulub:

"Hazırda "PAŞA Kapital İnvestisiya Şirkəti"nin nizamnamə kapitalı 300 min manatdır və bu məbləğ də bütün investisiya xidmətlərinin göstərilməsi üçün investisiya şirkətlərinə dair kapital tələbinə uyğundur. Şirkətimizdə xeyli bölüşdürülməmiş mənfəəti yığılıb. Nizamnamə kapitalı və bölüşdürülməmiş mənfəət birlikdə cəmi kapital olaraq istifadəmizdədir. Mərkəzi Bankın gözlənilən minimal kapital dəyişikliyi dəqiqləşdikdən və bir sıra digər məsələlərdən sonra "PAŞA Kapital"ın nizamnamə kapitalının artırılması barədə qərar qəbul ediləcəkdir."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
1
marja.az

2Источники