RU

“Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında 4 medal qazanıblar

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında 4 medal qazanıblar.
 
BDU-dan Moderator.az-a bildirilib ki, liseyin V sinif şagirdləri Həsən Süleymanov qızıl, Şahmar Əsədov gümüş, Ruqiyyə Sadiqli və Murad İmanov bürünc medala layiq görülüblər.
 
Xatırladaq ki, Lütfi Zadə riyaziyyat-məntiq olimpiadası V sinif şagirdləri arasında təşkil olunur. Olimpiadanın keçirilməsində məqsəd məktəblilərdə riyaziyyat və məntiqə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.
 
Избранный
82
3
moderator.az

4Источники