RU

Hansı banklar müştərilərin kəşbeklərini silir? – Siyahı

Sosial şəbəkələrdə bəzi bankların müştəriləri onların kəşbeklərinin sildiyini qeyd edirlər. Belə ki, hesablarında toplanan kəşbeklərin bir müddət sonra silindiyini bildirirlər. Banklar kəşbekləri sıfırlayır? Bankların verdikləri kəşbeklərin etibarlılıq müddəti nə qədərdir?

Valyuta.az mövzu ilə bağlı banklardan məlumat toplayıb.

“Unibank”dan bildirdilər ki, kəşbek balansı ay ərzində 2 AZN-dən az olduqda sıfırlanır. Məbləğ çox olarsa, hesabda qalır. 

 “Azərbaycan Beynəlxalq Bank”ından kartlarında qazanılan faydalı kəşbekin 12 ay müddətində etibarlı olduğunu qeyd etdilər.

“Rabitəbank”dan bildirildi ki, ilin son gününə (31 dekabr günün sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır.

“Bank Respublika”dan qeyd etdilər ki, cari ay ərzində toplanan Neo bonuslar növbəti ayın 5-dən sonra kəşbekə dəyişdirilmədiyi təqdirdə yalnız digər kateqoriyalar üçün istifadə edə bilərsiniz. İl ərzində kəşbek istifadə olunmadığı halda hesabdan silinir.

“Bank of Baku” kəşbeklərin balansda qaldığını, “Bank BTB” kəşbeklərin kartdan silinmədiyini bildirdilər.

“Accesbank” şərtləri yerinə yetirdikdə hesablanan kəşbekin balansa yatırıldığını, “Xalqbank” cari ay ərzində hesablanmış kəşbeklərin həmin ayın sonuncu iş günü müştərinin kart hesabına köçürüldüyünü və kəşbekin kartın balansını artırdığını vurğuladılar.

“Yapı Kredi Bank Azərbaycan”da bal sistemidir. Toplanan ballar istifadə olunmadığı halda silinmir.

“Expressbank”da kəşbeklərin silinməsi baş vermir. 

“Yelo Bank”da 3 ay müddətində karta köçürülmədiyi təqdirdə avtomatik olaraq karta köçürülür. 

“Kapital Bank”da kəşbek hesabında qalan vəsait silinmir.

“Azər Türk Bank” tərəfindən təqdim olunan kəşbek məbləğləri ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur. Ay ərzində ödəmələrin cəmi 1 manatdan yuxarı olduğu halda, məbləğ üzrə kəşbek hesablanılır.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
106
valyuta.az

1Источники