Bakıda 9 yaşlı qız faciəli şəkildə ölüb.
Moderator.az Lent.az - a istinadla xəbər verir ki, hadisə paytaxtın Cəfər Xəndan küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Orada yaşayan, 2015-ci il təvəllüdlü Nərmin Əliyeva 9-cu mərtəbədə yerləşən mənzilin eyvanından yerə yıxılıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.