Bu ilin əvvəlində Naxçıvan klubuna keçən Ramin Nəsirli ilə sözləşmənin müddəti uzadılıb. Növbəti mövsümün heyətini formalaşdırmağa başlayan “Araz-Naxçıvan” daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu ilin əvvəlində Naxçıvan klubuna keçən Ramin Nəsirli ilə sözləşmənin müddəti uzadılıb. U-21 millimizin də üzvü olan Nəsirli ilə yeni anlaşmanın müddəti 1 ildi. Qeyd edək ki, bunadək Kristian Avram, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vadim Abdullayev və Nuno Rodrigeslə müqavilə bağlayan “Araz-Naxçıvan” Tərlan Əhmədli, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovu heyətinə qatıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта