RU

Saməddin Əsədov: Kosmos iqlim dəyişiklikləri ilə mübarizədə əsas alətlərdəndir

Saməddin

Bakı, 11 iyun, AZƏRTAC

Yer kürəsinin iqlimi daim dəyişir. Kosmos iqlim dəyişiklikləri ilə mübarizədə əsas alətlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarә Heyәtinin sәdri Saməddin Əsədov “Üfüqlәri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer” mövzusunda tədbirdə deyib.

“Hazırda dünyada 160-dan çox kosmik cihaz iqlim dəyişikliyinə nəzarət edir. İqlim dəyişikliyi ilə bağlı məlumatların 60 faizdən çoxu məhz kosmosdan alınır. Bu sırada Azərbaycanın da yeri var. Ölkəmiz iqlim dəyişikliklərinin izlənilməsində kosmosdan, kosmik texnologiyalardan istifadə edir", - deyə S.Əsədov əlavə edib.

Saməddin Əsədov bildirib ki, "Azərkosmos" iqlim dəyişikliyinin kosmosdan ölçülməsi ilə bağlı ilk dəfə xüsusi elektron platforma hazırlayıb.

Избранный
119
azertag.az

1Источники