RU

Azərbaycanda kreditlərin könüllü sığortasına maraq 67% artıb

 Azərbaycanda kreditlərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin məbləği məlum olub.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 490 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 599 min manat və ya 67% çoxdur.

2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 890 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 28 min  manat təşkil edib.

Hesabat dövründə zərərlilik göstəricisi isə  1,9%-ə bərabər olub.

Избранный
84
1
fed.az

10Источники