RU

"Araz-Naxçıvan" 13 futbolçusu ilə vidalaşdı - RƏSMİ

“Araz-Naxçıvan” müqaviləsi başa çatan bir neçə futbolcu ilə yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Abdulla Rzayev və İlqar Alekperovun icarə müqaviləsi başa çatdığına görə, hər iki futbolçu “Sabah”ın düşərgəsinə qayıdıb. Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Zamiq Əliyev, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyevlə isə yeni anlaşma imzalanmayıb. Klub onlara təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Miço, Küzmanoviç, Tərlan Əhmədov, Urfan Abbasov, Ülvü İsgəndərov, Ömər Buludov növbəti mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
27
fanat.az

10Источники