RU

Göyçayda “VAZ 2107” yük avtomobili ilə toqquşdu; sürücü ÖLDÜ- FOTO

Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Belə ki, Bığır kənd sakini, 2002-ci il təvəllüdlü Tahir Cəlilovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yolun kənarında dayanan Qarbaqqal kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Şahverdiyə məxsus “ZİL” markalı su daşıyan avtomobillə toqquşub və daha sonra yolun kənarındakı su arxına düşüb.

Nəticədə nəqliyyat vasitəsinin sürücüsü Tahir Cəlilov hadisə yerində keçinib. Hazırda faktla bağlı araşdırma aparılır.

(report)

FOTO QALEREYA
Избранный
119
50
avtosfer.az

10Источники