RU

Mario Götze: "Qvardiola sanki bir bədəndə iki fərqli insandır"

"Bavariya"nın sabiq yarımmüdafiəçisi Mario Götze Pep Qvardiolanın Münhen klubundakı işindən danışıb.

90deqiqe.Az bu barədə “Marca”ya istinadən xəbər verir.

“O, hədsiz stressli idi. Bundesliqa və ya Çempionlar Liqası oyunu keçirməyimizdən asılı olaraq davranışlarında aydın fərq var idi. Sanki bir bədəndə iki fərqli insan imiş kimi davranırdı.”, - M.Götze bildirib.

Qvardiola 2013/2014 mövsümündən 2015/2016 mövsümünə kimi "Bavariya"da çalışıb. 53 yaşlı ispaniyalının rəhbərliyi altında klub üç dəfə Almaniya çempionluğu və iki dəfə Almaniya kuboku, bir dəfə UEFA Superkuboku və bir dəfə klublararası dünya çempionatının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
1
90deqiqe.az

2Источники