“Araz-Naxçıvan”dan ayrılan Zamiq Əliyev karyerasını Albaniyada davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, 23 yaşlımüdafiəçi “Eqnatiya”ya transfer olunub.
Bu barədə klubun saytında yayılan məlumatda qeyd olunub ki, azərbaycanlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
“Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub.