RU

Vitse-prezidenti daşıyan hərbi təyyarə yoxa çıxdı

Şərqi Afrika ölkəsi Malavidə vitse-prezident Saulos Çilimanı daşıyan hərbi təyyarə radardan itib. Çilima ilə birlikdə göyərtəsində daha 9 nəfərin olduğu təyyarənin tapılması üçün səy göstərilib.

Turkustan.az xəbər verir ki, Afrikanın Malavi ölkəsində vitse-prezident Saulos Çilimanı daşıyan hərbi təyyarə yoxa çıxıb.

“Aviasiya orqanlarının təyyarə radarlardan itdikdən sonra onunla əlaqə saxlamaq cəhdləri indiyədək uğursuz olub”, - Malavi prezidentliyinin bəyanatında deyilir.

Təyyarədə Çilima ilə birlikdə daha 9 nəfərin olduğu və təyyarənin yerli vaxtla saat 09.17-də paytaxt Lilonqvedən havaya qalxdığı bildirilib. Təyyarənin axtarış-xilasetmə işləri davam edir.

2022-ci ildə 51 yaşlı Çilima bir iş adamı ilə bağlı rüşvət qalmaqalı səbəbindən həbs edildi və korrupsiyada ittiham edildi. Səlahiyyətləri əlindən alınan Çilimaya qarşı ittiham ötən ay məhkəmə tərəfindən ləğv edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
873
1
turkustan.az

2Источники