RU

Yaponiya qorxur: ABŞ Rusiyanı vurmamalıdır, yoxsa...

ABŞ-ın Rusiya ərazisinə zərbə endirmək icazəsi yanlışdır və nəticədə üçüncü dünya müharibəsinə səbəb ola bilər.

Publika.az xəbər verir ki, yapon siyasətçisi, parlamentin üzvü Muneo Suzuki "RİA Novosti"yə müsahibəsində narahatlığını belə bölüşüb.

“Mən ABŞ-ın bu qərarını səhv hesab edirəm. Bu, yalnız müharibəni uzadacaq, üçüncü dünya müharibəsinə gətirib çıxarmaq təhlükəsini ehtiva edir”, - deyə o, şikayətlənib.

Yapon siyasətçinin sözlərinə görə, çətin vaxtlarda ən vacib şey qonşularınızdır. Agentliyin həmsöhbəti Yaponiya hakimiyyətini Rusiya, Çin, Cənubi Koreya və Şimali Koreya ilə kompromis tapmağa çağırıb.

Bundan əvvəl məlum olub ki, Co Bayden Ukraynaya Rusiya ərazisindəki hədəflərə zərbələr endirməyə icazə verib, lakin şərti Amerika silahlarının yalnız Xarkov vilayətinin sərhədləri yaxınlığında istifadəsinə "hə" deyilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
publika.az

1Источники