RU

Milli Xalça Muzeyində “Müxtəlifliyin gözəlliyi” adlı sərgi açılacaq

İyunun 13-də ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində Monteneqro xalqının milli mədəni özünəməxsusluğunu, dünyagörüşünü, həyat tərzini, etnik, dini xüsusiyyətlərini təcəssüm etdirən sərgi açılacaq.

Mia.az xəbər verir ki, Monteneqro Milli Muzeyinin “Müxtəlifliyin gözəlliyi” adlı bu sərgisində fərqli mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirindən yaranan 170-dən artıq eksponat yer alacaq.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.
Monteneqronun zəngin milli mədəni irsinin təbliği məqsədilə təşkil edilən sərgi iyunun 14-dən avqustun 31-dək ictimaiyyətə açıq olacaq. 

Избранный
81
2
mia.az

3Источники