RU

Piyadanı vuraraq öldürən "London taksi"sinin sürücüsünə cəza verildi

Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Rəfail Qəhrəmanovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən apellyasiya şikayəti verilib. Şikayət Bakı Apellyasiya Məhkəmənin hakimi Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.  
 

Qeyd: Hadisə 13 mart 2022-ci il tarixdə saat 22:00 radələrində paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.
 

Belə ki, Bakı şəhər sakini Rəfail Qəhrəmanov idarə etdiyi "London taksi"si ilə Zabrat qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyadalar - 1992-ci il təvəllüdlü Nurlan Hümbətov və 1999-cu il təvəllüdlü Namiq Nəcəfovu vurub.
 

Hər iki piyada xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Nurlan Hümbətov orada ölüb.
 

Faktla bağlı cinayət işi başlanılıb.
 

Daha sonra Rəfail Qəhrəmanov cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 11 İyun 2024, 09:43   
Избранный
135
pravda.az

1Источники