“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bir daha “Barselona”nı çalışdırmayacağını bildirib.
Azpost.info bildirir ki, bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsində məşçinin sözlərini misal gətirib.
“Barselonaya qayıtmağım üçün qapı bağlıdır? Düzdür, oraya aparacaq qapı bağlıdır”, – jurnalist Qvardiolanın sözlərini sitat gətirir.
Xatırladaq ki, Pep Qvardiola 2008-2012-ci illərdə “Barselona”ya rəhbərlik edib. Onun rəhbərliyi altında kataloniyalılar üçqat İspaniya çempionu olub, iki dəfə Çempionlar Liqasının qalibi olub.
Pep Qvardiola 2016-cı ilin yayında “Bavariya”dan ayrıldıqdan sonra “Mançester Siti”nin baş məşqçisi olub. İngilis klubunda səkkiz il ərzində Qvardiola komanda ilə 16 kubok qazanıb. Tərəflər arasında müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.